Rusiya sülhməramlılarına məxsus daha iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
Manset.az xəbər verir ki, Xankəndidən gələn iki yük avtomobili aksiya ərazisindən sərbəst keçərək Laçına gedib.
Ekoaksiyanın 71-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 60-a çatıb.