Ağdaşda 22 yaşlı qadın intihar etdi

14:00 - 28 Avqust 2021

Ağdaşda 22 yaşlı qadın intihar etdi

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Manşet.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Davudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin