Faciəli şəkildə ölən gənc şəhidimizin yeganə qardaşı imiş - FOTO
8 May 2024
15:14 - 20 Fevral 2023
Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emrelinin “Fənərbaxça” ilə matçda meydana çıxmağa icazə verilməyib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücumçu ayın 25-də İstanbulda baş tutacaq oyunda olmayacaq.
Bunun səbəbi Emreliin oyunun əslində baş tutmalı olduğu tarixədək transfer edilməməsidir.
Qarşılaşma fevralın 6-da keçirilməli idi. Ancaq Türkiyədə baş verən zəlzələ üzündən qarşılaşma bu həftəyə təxirə salınıb. Qaydaya görə, komandalar bu ayın 25-də baş tutacaq qarşılaşmada öncədən təqdim edilən iştirak ərizəsi ilə çıxış etməlidir. Belədə fevralın 14-də qeydiyyata alınan Emrelinin adı matçın protokoluna salınmayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin