Bu şəxslər metro və avtobuslardan pulsuz istifadə edəcəklər - RƏSMİ
6 Noyabr 2024
08:41 - 28 Avqust 2021
ABŞ Kəşfiyyat Birliyi koronavirusun mənşəyi ilə bağlı 90 gün davam edən araşdırmanı başa çatdırıb və ölkə prezidenti Co Baydenə məruzəsindən bəzi hissələri dərc edib.
Manset.az “RİA Novosti”yə istinadən xəbər verir.
“ABŞ Kəşfiyyat Birliyi bir sıra əsas məsələlər üzrə geniş razılığa gələ bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar”, - ABŞ Milli Kəşfiyyatının direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.
Daha əvvəl “Washington Post” qəzeti ABŞ kəşfiyyatının Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim etdiyini, lakin məruzədə aydın nəticələrin olmadığını bildirmişdi.//qafqazinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin