“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil oldu

23:40 - 27 Avqust 2021

“Taliban”ın xüsusi təyinatlıları Kabil aeroportuna daxil oldu

“Taliban” radikal hərəkatının xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq aeroportunun ərazisinə girib.

Manşet.az xəbər verir ki, bu barədə “Herat Times” nəşri bildirib.

Nəşrin məlumatına görə, Əfqanıstan paytaxtı aeroportunun çox hissəsində təhlükəsizliyin təmin olunması üzrə səlahiyyətlər “taliblər”ə verilib. Hazırda hərəkatın silahlıları hava limanında təhlükəsizlik tədbirlərini həyata keçirirlər.

Qeyd edək ki, Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. Onların arasında Əfqanıstan vətəndaşları ilə yanaşı, ABŞ-ın 13 vətəndaşı, həmçinin 2 britaniyalı da var.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin