BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
22:55 - 27 Avqust 2021
Almaniya Afrika ölkələrinə 70 milyon doza COVAX peyvəndi ayıracaq.
Manşet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Vaksinlər ən qısa zamanda Afrikadakı insanlara çatdırılmalıdır", - Merkel deyib.
Bundan əvvəl Afrika ölkələrinə 30 milyon doza koronavirus peyvəndi ayrıldığı deyilirdi.
Qeyd edək ki, COVAX təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr daha az imkanlı ölkələr üçün vaksinlərin alınmasını ödəyirlər. 2021-ci ilin sonuna qədər 2 milyard dozada vaksin istehsal olunmalı və bütün dünyada bərabər paylanmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin