Oğulu öldürüb, atasına xəsarət yetirənlər həbs edildi

22:36 - 16 Fevral 2023

Oğulu öldürüb, atasına xəsarət yetirənlər həbs edildi

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlax rayon sakininin ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədovun xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin