Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanıldı - FOTOLAR

09:04 - 16 Fevral 2023

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanıldı - FOTOLAR

Qax Rayon Polis Şöbəsi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıb.

Şəxsi axtarış zamanı qadından metamfetamin, R.Balacayevdən isə heroin aşkar edilərək götürülüb. Onların yaşadığı ünvandan külli miqdarda heroin aşkarlanaraq istintaqa təhvil verilib. Saxlanılan şəxslər ifadələrində həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Ş.Hacıyeva bir müddət əvvəl də paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulub və onun qadın olduğu nəzərə alınaraq məhkəmə tərəfindən barəsində həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ancaq Ş.Hacıyeva bundan sui-istifadə edərək yenidən analoji cinayət əməlini törədib. Həmçinin, həmin faktla bağlı başlanmış cinayət işi üzrə aparılan istintaqdan yayınmağa cəhd etdiyi üçün barəsində axtarış elan edilmişdi.

 





Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin