BDU-nun dosenti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:03 - 27 Avqust 2021
"Kabildə hava limanında hələ də beş min nəfər gözləyir”.
Manşet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu amerikalı general Vilyam Hank Teylor Əfqanıstandakı son hadisələrlə bağlı açıqlamasında deyib.
"Son ana qədər əlimizdəki imkanlarla buradan insanları çıxarmağa davam edə bilərik. Kabil hava limanında hələ də beş min insan gözləyir. Mərkəzi Qüvvələr Komandirliyi hazırda təxliyyə edilən şəxsləri ABŞ və Avropadakı fərqli yerlərə daşıyır.
Eyni zamanda, altı uçuş üç minədək insanı Avropadan ABŞ-a aparacaq. Bundan başqa, daha çox şəxs də ABŞ-a gəlir, onları müəyyənləşdirdiyimiz yerlərə yerləşdiririk.
Burada beş mindən çox ABŞ əsgəri var və risk altındadırlar. Mümkün qədər çox insanı xilas etmək üçün çalışırlar, bu, çox ali bir vəzifədir”.
O, bir neçə gün içərisində ölkədən neçə nəfəri çıxara biləcəkləri ilə bağlı sualı da cavablandırıb:
"Qaynaqlarımız var. Lazım gəlsə, istədiyimiz əməliyyatı apararıq, ehtiyac hiss etsək”.
Pentaqon sözçüsü Con Kirbi isə Xarici İşlər Nazirliyinə dəstək olacaqlarını bildirib:
"Pentaqon XİN-ə dəstək olacaq. 50 min əfqan qaçqını qəbul edə biləcəyik. Hələ planlaşdırma mərhələsindəyik, ayın sonunda bitirmək istəyirik. Təxliyyə olunmalı şəxsləri də xilas etmək istəyirik. Mümkün qədər çox mülki şəxsi çıxarmaq arzusundayıq. İndi "hər gün bu qədər insan çıxaracağıq” deyə bir say verə bilmərəm. Təxliyyə edilməli şəxsləri son ana qədər çıxaracağıq. Daha əvvəl də etdiyimiz kimi, çox ədalətli yanaşdıq”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin