"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
22:40 - 14 Fevral 2023
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra ölkəmizdə xüsusilə fərdi ev tikənlər daha diqqətli olmağa başlayıblar. Satıcılar deyirlər ki, tikinti zamanı istifadə edilən materialların keyfiyyətli olmasına önəm verilir. Vətəndaşlar armatur və sement seçiminə həssas yanaşmağa başlayıblar. Amma tikintiyə başlmazdan əvvəl ərazidə geololi işlər də aparılmalıdır.
Manset.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, inşaat sahəsi üzrə ekspert Muxtar Ərturan bildirir ki, fərdi ev, bina və ya hansısa bir obyekt tikilərkən ərazidə əvvəlcə geoloji işlər və seysmik analizlər aparılmalıdır. Bu məlumatlara uyğun layihə hazırlanmalıdır. Həmin layihə əsasında materiallar seçilməlidir.
Bundan başqa, sementin keyfiyyətinə əmin olmaq üçün nümunələr götürülməli və yoxlanılmalıdır. Əks halda görülən işlərin keyfiyyətinə zəmanət vermək xeyli çətindir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin