Oğuzda dəhşətli hadisə: Kişi kəsici alətlə......

18:26 - 14 Fevral 2023

Oğuzda dəhşətli hadisə: Kişi kəsici alətlə......

Oğuzda kişi arvadına və özünə ağır xəsarətlər yetirib.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin