Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Vətəndə

18:00 - 27 Avqust 2021

Əfqanıstandan təxliyə olunan Azərbaycan sülhməramlıları Vətəndə

Əfqanıstan İslam Respublikasından təxliyə olunan Azərbaycan sülhməramlıları Vətənə qayıdıb.

Manşet.az xəbər verir ki, bu ölkənin Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdan 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb və onlar özlərinə məxsus silah, hərbi əmlak hava yolu ilə birlikdə Ankara şəhərinə daşınmışdı.

Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib. // Report


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin