Bakının bəzi ərazilərində söküntü işləri aparılacaq - Sakinlərə bu qədər pul veriləcək
1 Noyabr 2024
19:03 - 17 İyun 2021
Minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti ailəsinə təhvil verilib.
Manşet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun nəşi Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürülüb.
Qeyd edək ki, Ağdam rayonunda öz kəndlərini görməyə gedərkən itkin düşən 43 yaşlı Cəsarət Hətəmxanovun minaya düşərək həlak olduğu məlum olub. O, iyunun 8-dən itkin kimi axtarışda idi. Dünən C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin