Ağdamda minaya düşərək ölən şəxsin meyiti ailəsinə təhvil verildi

19:03 - 17 İyun 2021

Ağdamda minaya düşərək ölən şəxsin meyiti ailəsinə təhvil verildi

Minaya düşərək həlak olmuş Ağdam rayon sakini Cəsarət Hətəmxanovun meyiti ailəsinə təhvil verilib.

Manşet.az xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun nəşi Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən minalarla və partlayıcı maddələrlə çirklənmiş ərazidən götürülüb.

Qeyd edək ki, Ağdam rayonunda öz kəndlərini görməyə gedərkən itkin düşən 43 yaşlı Cəsarət Hətəmxanovun minaya düşərək həlak olduğu məlum olub. O, iyunun 8-dən itkin kimi axtarışda idi. Dünən C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin