<

Zəlzələlər Anadolu yarımadasını 3 metr sürüşdürdü - İtalyan mütəxəssis

15:43 - 7 Fevral 2023

Zəlzələlər Anadolu yarımadasını 3 metr sürüşdürdü - İtalyan mütəxəssis

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) prezidenti Karlo Doqlioni, Kahramanmaraş mərkəzli zəlzələlərin Anadolu yarımadasını 3 metr qərbə doğru dəyişdirdiyini söyləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zəlzələlərin Şərqi Anadolu, Ərəbistan və Afrika plitələrinin kəsişmə nöqtəsində meydana gəldiyini qeyd edən Doqlioni, "Türkiyənin bir ucundan digərinə keçən iki böyük qırılma xəttindən biri hərəkətə keçdi. O, həmçinin Yaxın Şərqdəki ən aktiv qırılmalardan biridir, Ölü dəniz qırağı İordaniya, İsrail, Livan və Suriyadan keçərək Ərəbistan yarımadasını Afrikadan ayırır” – deyib.

Yerin bu qırlma xətti boyunca hərəkət etdiyini ifadə edən Doqlioni, "Maksimum hərəkət sahəsində 3 metrlik sürüşmə oldu" – deyə əlavə edib.

O, hələlik 3 metrlik yerdəyişmə ilə bağlı ilk təxminlərin olduğunu, lakin son təsbiti peyk məlumatlarını əldə etdikdə verəcəklərini ifadə edib.

Manşet.az


Xəbər xətti

3 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin