Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Türkiyəyə böyük bir xilasetmə qrupu göndərməyə hazır olduqlarını bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kuleba, Türkiyədəki zəlzələlərlə bağlı Twitter-dəki paylaşımında, "Ukrayna böhrana kömək etmək üçün Türkiyəyə böyük bir xilasetmə qrupu göndərməyə hazırdır. Onların yerləşdirilməsini əlaqələndirmək üçün Türkiyə tərəfi ilə sıx əməkdaşlıq edirik” – deyib.
Manşet.az