Zəlzələ zamanı və zəlzələdən sonra nə etməli? - AFAD açıqladı

14:35 - 6 Fevral 2023

Zəlzələ zamanı və zəlzələdən sonra nə etməli? - AFAD açıqladı

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Türkiyədə 7.4 bal gücündə dəhşətli zəlzələ baş verib.

Bəs görəsən baş verən təbii fəlakət zamanı və ondan sonra itkiləri minimuma endirmək üçün nə etmək lazımdır?

Manset.az bu barədə AFAD-ın rəsmi səhifəsindəki məlumatları təqdim edir:

- Zəlzələdən sonra ərazidə ziyan görmüş tikililərə girməyin.

- Qısa mesaj xidməti (SMS) və internet əsaslı mesajlaşma proqramları vasitəsilə xilasedicilərlə əlaqə qurmağa çalışın.

- Həyati vəziyyətlər istisna olmaqla, telefon zənglərindən çəkinin.

- Telefon zənglərinizi mümkün qədər qısa vaxtda bitirin.

- Əraziyə göndərilmiş axtarış-xilasetmə qrupları və təcili yardım maşınları üçün yolları boş saxlayın.

- Şkaf, rəf, pəncərə və s. kimi əşyalardan uzaq durun.

- Təhlükəsiz bir yer tapın, diz üstünə çökün, baş və boynunuzu qorumaq üçün onu əllərinizlə bağlayın, yıxılmamaq üçün sabit yerdən yapışın, zəlzələ bitənə qədər təhlükəsiz yerdən tərpənməyin. 

- Şüşələrdən, pəncərələrdən, çölə baxan divar və qapılardan, işıqlandırma qurğuları və ya bu kimi üzərinizə düşə biləcək hər hansı əşyadan uzaq durun.

- Yanınızda çox möhkəm və ağırlığa davamlı olduğunu bildiyiniz qapı yoxdursa, qapının yanında dayanmayın. Otaqdaxili qapıların əksəriyyəti sadə qaydada hazırlanıb və sizi qorumaq gücünə malik deyil.

- Balkona çıxmayın.

- Liftdən istifadə etməyin.

Bağlı məkandasınızsa:

- Zəlzələdən sonra baş verən yanğınlar ikinci dərəcəli fəlakətlərdir. Buna görə də qaz iyi hiss edirsinizsə, qaz klapanını bağlayın. Pəncərələri və qapıları açın. Dərhal binanı tərk edin.

- Hər böyük zəlzələdən sonra həmişə afterşoklar olacaq. Zaman keçdikcə afterşokların ölçüləri azalır. Belə təkanlar zədələnmiş binalara ziyan vura bilər. Bu səbəbdən də yeraltı təkanlar tamamilə bitənə qədər zədələnmiş binalara daxil olmayın. 

Açıq havadasınızsa:

- Qəzalı binalardan və elektrik xətlərindən uzaq durun.

- Əvvəlcə yaxınlıqda təcili köməyə ehtiyacı olanlara kömək edin, sonra məhəllənizdəki toplanış məntəqəsinə gedin.

Dağıntı altında qalmısınızsa:

- Hərəkət qabiliyyətiniz məhduddursa, çıxış üçün həyatınızı riskə atmağa çalışmayın.

- Enerjinizi ən səmərəli şəkildə istifadə etmək üçün hərəkətlərinizi nəzarət altında saxlayın.

- Əllərinizi və ayaqlarınızı istifadə edə bilirsinizsə, su, istilik, qaz qurğularına və döşəməyə vuraraq səsinizi eşitdirməyə çalışın.

- Səsinizdən istifadə edə bilirsinizsə, xilasedicilərə səsinizi eşitdirməyə çalışın və ya onlara zəng edin. Bununla belə, enerjinizi səmərəli şəkildə istifadə edin.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin