Bakıda qadının içində 700 manat olan çantası oğurlandı

23:12 - 4 Fevral 2023

Bakıda qadının içində 700 manat olan çantası oğurlandı

Bakıda qadına qarşı soyğunçuluq edilib.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin