Enerji, nəqliyyat dəhlizləri ilə bağlı növbəti görüşlərimiz Türkiyədə keçiriləcək - Çavuşoğlu

19:02 - 4 Fevral 2023

Enerji, nəqliyyat dəhlizləri ilə bağlı növbəti görüşlərimiz Türkiyədə keçiriləcək - Çavuşoğlu

Türkiyə Türk dünyasının birləşməsi üçün ən önəmli addım atan ölkədir.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyaya səfəri çərçivəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiya ərazisindən keçən Şimal dəhlizinin fəaliyyəti dayandırılandan sonra, Orta dəhlizin əhəmiyyəti artıb: “Biz nə etdik? O an Azərbaycanla birlikdə Qazaxıstanı dəvət etdik Bakıya, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Biz həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz qardaşlarımızla birlikdə Türkiyədə keçiriləcək”, - deyə nazir vurğulayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin