Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon dollar ayırıb

17:47 - 4 Fevral 2023

Paşinyanın ofisi “troll fabriki”inə 1,3 milyon dollar ayırıb

Ermənistanın baş nazirinin ofisi cəmiyyətdə daha çox “feyklər QHT”si kimi tanınan “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” QHT-yə böyük məbləğdə qrant ayırıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, qrant 511,763 milyon dram, yəni təxminən 1,3 milyon dollardır (2,2 milyon manat).

“Bu nəhəng vəsaitlə QHT erməni və beynəlxalq medianı izləməli, hökumətin sosial şəbəkələrini idarə etməli, iqtisadi mövzularda materiallar hazırlamalı və hökumətin piarı ilə məşğul olmalıdır.

Baş nazirin aparatı QHT-yə 10 milyon dram (40,7 min manat - red.) məbləğində daha bir qrant ayırıb. Bu qrant vasitəsilə QHT Gürcüstanda ermənidilli mediaya dəstək verəcək. Yəni belə çıxır ki, qrantı QHT alacaq, amma bu, Gürcüstanda ermənidilli mediaya dəstək hesab olunacaq.

Bu iki qrantın verilməsinə dair sazişlər yanvarın 25-də imzalanıb”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin