Bakıda lüks “Range Rover” aşdı - Polis yaralandı

17:30 - 4 Fevral 2023

Bakıda lüks “Range Rover” aşdı - Polis yaralandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Nizami rayonunda, “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

“Range Rover” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub.

Bundan sonra “Range Rover” səkiyə aşıb.

Qəzadan sonra “Range Rover”in sürücüsü hadisə yerindən yayınıb. “Opel”də olan polis əməkdaşı xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerinə gəliblər.//Apa


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin