“Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları davam edir

14:47 - 4 Fevral 2023

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları davam edir

Növbəti həftə (06-08.02.2023 və 10.02.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

 

Manset.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı), 3-cü günü saat 13:00-dan 14:00-dək Yevlax şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Qarabağ Muğam Evinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin