Toppuş bacının serialdakı rolunu o davam etdirəcək - VİDEO

14:20 - 4 Fevral 2023

Toppuş bacının serialdakı rolunu o davam etdirəcək - VİDEO

Bu, çox ağır məsuliyyətdir. Bir səhnədən danışım, bizim ondan sonra ilk çəkilişimiz idi. Video çəkdik. İstəməzdik deyək ki, Allah rəhmət eləsin. Əksinə 15 fevral ad günündə ona təbriklərimizi bildirmək istəyərdik".

 

Manset.az xəbər verir, bu sözləri aktrisa Sonaxanım Əliyeva mərhum həmkarı Tünzalə Əliyevadan danışarkən deyib.

"Xəbər ətər" verilişinə qonaq olan aktrisa Toppuş bacının “Qaratikan” serialındakı rolunu bundan sonra özü canladıracağını bildirib:

"Mən ilk çəkilişdə onun geyindiyi paltarları geyindim. Dilarə xanım həyətə girib məni gördü, diksinib ağladı. Dedi, elə bildim Tünzalə dayanıb".


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin