Bazar günü hava necə keçəcək?

12:52 - 4 Fevral 2023

Bazar günü hava necə keçəcək?

Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin