<

Bakı yenilənir: 900 bina söküləcək, 2000 ailə KÖÇÜRÜLƏCƏK

00:20 - 4 Fevral 2023

Bakı yenilənir: 900 bina söküləcək, 2000 ailə KÖÇÜRÜLƏCƏK

Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən minədəkdir.

Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.

İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.


Xəbər xətti

3 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin