Xəbər verdiyimiz kimi, dünən Türkiyənin İstanbul şəhərində avtobus sərnişin dayanacağına daxil olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Manset.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlardan daha biri vəfat edib.
Vəfat edən şəxs Azərbaycan vətəndaşı 52 yaşlı Əhməd Rzayev olub. Ümumilikdə ölənlərin sayı 2 nəfərə çatıb.