Sumqayıtda dənizdə batan uşağın meyiti tapıldı

14:03 - 26 Avqust 2021

Sumqayıtda dənizdə batan uşağın meyiti tapıldı

Avqustun 25-də Sumqayıt şəhərində, dənizdə batan 2011-ci il təvəllüdlü Qələndərli Hüseyn İzmir oğlunun axtarışları başa çatıb.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Qələndərlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin