Azərbaycanda bu avtomobillərə tələbat azaldı

23:20 - 2 Fevral 2023

Azərbaycanda bu avtomobillərə tələbat azaldı

2022-ci ildə Azərbaycanda avtomobil bazarında müxtəlif kateqoriyalı avtomobillər üzrə qiymət artımları müşahidə olunub.

 

 

Manset.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, qiyməti 30 min manata qədər olan avtomobillərin qiyməti 2022-ci ildə 8.5 faiz yüksəlib. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində il ərzində 3.4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2022-ci ildə Azərbaycana 1 057,8 milyon ABŞ dolları dəyərində 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin