Direktor təyin olunan deputatın ilk iş günündə BÖYÜK QALMAQAL: Nazir məktəbə getdi - FOTO

13:34 - 2 Fevral 2023

Direktor təyin olunan deputatın ilk iş günündə BÖYÜK QALMAQAL: Nazir məktəbə getdi - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin deputatı Turan Məmmədli Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbə direktor təyib olunub. Lakin onun ilk iş günü böyük qalmaqalla yadda qalıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Turan Məmmədli məktəb daxilində ilk iclası keçirərkən bir sıra müəllimləri ağır ifadələrlə təhqir edib. Onları maaşlarını kəsdirəcəyi ilə hədələyib. Eyni zamanda bir sıra müəllimlərin saatlarını da mənimsəyib. Deputat özünü yeni rəhbərliyin yaxın adamı kimi təqdim edib

Bundan sonra müəllimlərlə direktor T.Məmmədli arasında böyük qalmaqal yaşanıb.

Münaqişə o həddə çatıb ki, məktəbin bütün şagirdləri təxliyyə edilib. Təhqir olunmuş bir neçə müəllimin səhhətinin pisləşdiyi, bir müəllimin isə infarkt keçirdiyi bildirilir. Məktəbə təcili tibbi yardım briqadaları və polis əməkdaşları çağrılıb. 

Məsələ Naxçıvan MR Ali Məclisə məruzə edilib. Dərhal məktəbə Naxçıvan MR-nın təhsil naziri Rəhman Məmmədov göndərilib.

Hazırda nazirin rəhbərliyi ilə məktəbdə iclas keçirilir. 

İclasdan fotonu təqdim edirik:

Fotoda: Turan Məmmədli

Əli VƏLİYEV

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin