Bakıda FHN əməkdaşları ilə “BakuBus”ın sürücüsü DALAŞDI - Bu səbəbə görə (VİDEO)

09:48 - 2 Fevral 2023

Bakıda FHN əməkdaşları ilə “BakuBus”ın sürücüsü DALAŞDI - Bu səbəbə görə (VİDEO)

Bakıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü arasında insident yaşanıb.

 

Manset.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib. İddiaya görə, yolda hərəkətdə olan “BakuBus” MMC-yə məxsus 5 saylı xətt üzrə hərəkət edən 99-JZ-648 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 10-PF-306 nömrəli maşınına dəyib. Sonra tərəflər yolun hərəkət hissəsində avtomobillərini saxlayaraq mübahisə etməyə başlayıblar. Mübahisə yolda tıxaca səbəb olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin