Sabiq prezidentlər və sabiq baş nazir Taliban hökumətində təmsil olunacaq

22:40 - 25 Avqust 2021

Sabiq prezidentlər və sabiq baş nazir Taliban hökumətində təmsil olunacaq

Əfqanıstanı idarə edəcək 12 nəfərlik şuraya ölkənin 2 sabiq prezidenti Həmid Kərzai, Abdulla Abdulla və sabiq baş nazir, İslam Partiyasının lideri  Gülbəddin Hikmətyar  daxil olacaq.

Manşet.az xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat verib. 
Bildirlir ki, adı çəkilən 3 şəxs Taliban hökumətinin Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət formalaşdırmaq niyyətində olduğu şuraya üzv olacaqlar.

Adı çəkilən bu üç siyasi fiqur, talibançıların hücumlara başladığı ilk anda hakimiyyətin sülh yolu ilə Talibana təhvil verilməsi ilə bağlı  Koordinasiya Şurası yaradıblar. 

Bu siyasi fiqurlar Əfqanıstan cəmiyyətini geniş şəkildə təmsil edən hökumətin yaradılması məqsədi ilə Taliban təmsilçiləri ilə görüşlər keçiriblər.  

“Foreign Policy” jurnalının bir neçə gün bundan öncə yazıb ki, Taliban Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət bir Şura yartamaq istəyir. Şuraya Talibanın siyasi qanadının lideri Abdul Qani Baradar, hərbi komissiyanın rəhbəri Mövləvi Yaqub (bu şəxs Talibanın yaradıcısı Molla Ömərin oğludur) və səhra komandiri,   təxribat qrupu olan “Həkkani şəbəkəsi”nin başçısı Siracuddin Həkkani  daxildir.

Jurnalın yazdığına görə, Taliban ölkədə prezident postunun və yaxud vahid liderin idarəçilik üsulunu istəmir.

“Al Jazeera”nın yaydığı xəbərə görə isə Quantanamo həbsxanasının məhbusu olan   Abdul Qəyyum Zakir Əfqanıstanın müdafiə naziri əvəzi təyin edilib. Zakir Talibanın əsas səhra komandirlərindən biri olub  və Baqram ətrafında gedən döyüşlərdə Amerika əsgərləri tərəfindən ələ keçirilib  və Quantanamo həbsxanasına göndərilib. Azadlığa çıxdıqdan sonra yenidən Talibana qoşulub.

“Pajvok” agentliyinin yaydığı xəbərə görə,  Sədr İbrahim daxili işlər naziri əvəzi,  Gül Ağağ maliyyə naziri əvəzi,  Kəşfiyyat xidmətinə isə Nəcibulla  təyinat alıb. Bundan əlavə olaraq Taliban  təhsil naziri və Kabilə vali təyin edib.ölkə.az


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin