Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
22:30 - 25 Avqust 2021
Türkiyə hərbi kontingenti Əfqanıstandan qayıdır.
Manşet.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisin Ahlat rayonunda xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara "Taliban" liderlərinin bəyanatlarını "ehtiyatlı nikbinliklə" qəbul edir.
Ərdoğan Əfqanıstanda gedən proseslərin gələcəyini sözlə deyil, "Taliban" hərəkatının gələcək addımları ilə təyin edəcəyini vurğulayıb.
“Əfqanıstanda sabitliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədə çatmaq üçün Ankara Əfqanıstanda bütün tərəflərlə sıx dialoqa davam edəcək", - Türkiyə Prezidenti deyib.
Ərdoğan, eyni zamanda 5 milyondan çox qaçqın və mühacirə qapılarını açan ölkə olaraq Türkiyənin Suriya və Əfqanıstandan əlavə köç yükünün öhdəsindən gələ bilməyəcəyini əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin