Xalq artistinə AĞIR İTKİ - FOTO
16 Aprel 2024
10:48 - 28 Yanvar 2023
İrəvandakı hərbi məzarlığa baş çəkən Ermənistanın baş naziri Nikol Paşinyanı ölənlərin yaxınları təhqirlərlə qarşılayıblar.
Manset.az xəbər verir ki, Caliber.az-ın məlumatına görə, bu barədə yerli mətbuat yazır.
Yerablur qəbiristanlığına nazirlər və hakim fraksiyanın deputatları ilə gələn Paşinyan ünvanına “türk”, “satqın”, “ermənilərin qatili”, eləcə də dürlü-dürlü söyüşlər eşidib.
Ordu gününə həsr olunan bu tədbir, 44 günlük müharibədən sonra Nikol Paşinyanın iştirakı ilə Yerablurda keçirilən digər yığıncaqlar kimi, KİV-ə qapalı olub.
“Ərazi xeyli sayda polis, qırmızı beretlilər tərəfindən qorunur. Hətta panteonun aşağı hissəsində polislərlə dolu avtobuslar dayanıb”, - məlumatda qeyd olunur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin