Türkiyənin Alanya şəhərinin Güzelbağ məhəlləsində gecə saatlarında meşə yanğını başlayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, küləyin təsiri ilə yanğın bir qədər də şiddətlənib.
Hazırda əraziyə xeyli sayda yanğınsöndürən briqadaları cəlb olunub.
Buna baxmayaraq, yanğının 4 fərqli nöqtədə qısa fasilələrlə başladığı iddia edilib və hadisə yerinə yaxın yaşayış məntəqələri boşaldılıb.