Sabiq prezident artıq yaşamaq istəmədiyini bəyan etdi

19:43 - 25 Avqust 2021

Sabiq prezident artıq yaşamaq istəmədiyini bəyan etdi

Qiyam və və sui-qəsdə təhrik etməklə həbsdə olan və əvvəllər özünə zərər verməyə çalışan Boliviyanın sabiq prezidenti Jeanine Agnes, artıq yaşamaq istəmədiyini söyləyib.

Manşet.az
xəbər verir ki, bu barədə məlumat onun ailəsinə məxsus Twitter  səhifəsində yayılıb.
"Artıq yaşamaq istəmirəm. Övladlarım öz həyatlarını yaşamalıdırlar. Bilmədiyim dərmanları artıq içmək istəmirəm. Həbsxanadan nə cür dərman aldığımı bildirmələrini xahiş edirəm”- sabiq prezident qeyd edib.

O əlavə edib ki, həbsxanda  hər 10 dəqiqədən bir kimsə casusluq etmək məqsədi ilə kamerasına girərək  suallar verirlər və  səbəbi də bəlli deyil. “O həyəcan və narahatçılıq içində, istirahət etmədən yaşayır, çünki onunla nə edəcəklərini  də bilmirlər”- sabiq prezident Anes yazıb.

Anes artıq 5 aydır həbsxanadadır.  O 13 mart 2021-ci ildə  terrorizmdə, qiyama və sui-qəsdə təhrikdə, dövlət çevrilişində şübhəli bilinərək həbs olunub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin