Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
19:43 - 25 Avqust 2021
Qiyam və və sui-qəsdə təhrik etməklə həbsdə olan və əvvəllər özünə zərər verməyə çalışan Boliviyanın sabiq prezidenti Jeanine Agnes, artıq yaşamaq istəmədiyini söyləyib.
Manşet.az xəbər verir ki, bu barədə məlumat onun ailəsinə məxsus Twitter səhifəsində yayılıb.
"Artıq yaşamaq istəmirəm. Övladlarım öz həyatlarını yaşamalıdırlar. Bilmədiyim dərmanları artıq içmək istəmirəm. Həbsxanadan nə cür dərman aldığımı bildirmələrini xahiş edirəm”- sabiq prezident qeyd edib.
O əlavə edib ki, həbsxanda hər 10 dəqiqədən bir kimsə casusluq etmək məqsədi ilə kamerasına girərək suallar verirlər və səbəbi də bəlli deyil. “O həyəcan və narahatçılıq içində, istirahət etmədən yaşayır, çünki onunla nə edəcəklərini də bilmirlər”- sabiq prezident Anes yazıb.
Anes artıq 5 aydır həbsxanadadır. O 13 mart 2021-ci ildə terrorizmdə, qiyama və sui-qəsdə təhrikdə, dövlət çevrilişində şübhəli bilinərək həbs olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin