ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə etdi

19:26 - 25 Avqust 2021

ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə etdi

ABŞ avqustun 14-dən bu günə qədər Əfqanıstandan ümumilikdə 88 min insanı təxliyə edib.

Manşet.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü general-mayor Hank Taylor bildirib.

"Sona qədər təxliyəni davam etdirəcəyik. Hərbi və hərbi resursların çıxarılmasına üstünlük verəcəyik", - Teylor qeyd edib.

Pentaqon sözçüsü vurğulayıb ki, ABŞ mümkün qədər uzun müddət ərzində Kabil hava limanında maksimum hərbi varlığını saxlamağa ümid edir.


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin