XİN-dən İrandakı səfirliyimizə hücumla bağlı BƏYANAT - "Hücum kalaşnikovla edilib"

10:44 - 27 Yanvar 2023

XİN-dən İrandakı səfirliyimizə hücumla bağlı BƏYANAT -

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

 

Manset.az XİN-ə istinadən xəbər verir ki, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin