Bakıda xəstəxanada DƏHŞƏT: Tibbi spirtlə özünü yandırdı

09:47 - 26 Yanvar 2023

Bakıda xəstəxanada DƏHŞƏT: Tibbi spirtlə özünü yandırdı

Bakıda xəstəxanada intihara cəhd hadisəsi olub.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 16 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanında yerləşən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 2-ci mərtəbəsində qeydə alınıb.

31 yaşlı Salamzadə Hikmət Natiq oğlu tibbi spirti üzərinə tökərək özünü yandırıb. Nəticədə almış olduğu xəsarətlərdən “Nərimanov Tibb Mərkəzi”-nin Yanıq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, H. Salamzadə qazidir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin