Giləzi-Xızı avtomobil yolu əsaslı təmir olunur - VİDEO/FOTO

13:40 - 25 Yanvar 2023

Giləzi-Xızı avtomobil yolu əsaslı təmir olunur - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsində əsaslı təmir işlərinə start verilib. 

 

Manset.az xəbər verir ki, uzunluğu 3 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq oaraq 8-16 metr olmaqla dəyişir.  

Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyünüdə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda qeyd edilən problem aradan qaldırılır.

Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür. “İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yeni yol əsasının inşası və yeni asfalt-örtüyünün döşənməsi işləri görüləcək. 

Təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2.5 metr olmaqla piyada səkilərinin inşası həyata keçiriləcək, yararsız səki daşlarının və drenaj xəttlərinin yenilənməsi işləri aparılacaq. 

İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək. 



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin