“Qarabağ” və “Azəryol” ardıcıl 2 qələbə qazandılar

18:43 - 23 Yanvar 2023

“Qarabağ” və “Azəryol” ardıcıl 2 qələbə qazandılar

Qadın həndbolçulardan ibarət “Qarabağ” və “Azəryol” komandaları Azərbaycan çempionatında ardıcıl iki qələbə qazanıblar.

 

Manset.az xəbər verir ki, adıçəkilən komandalar IX və X tur matçlarında rəqiblərini məğlub ediblər.

“Azəryol” keçirdiyi hər iki görüşdə “Azərsu”ya heç bir şans verməyib. Çempionatın lideri rəqibini müvafiq olaraq 46:19 və 52:13 hesabları ilə üstələyib. “Qarabağ” isə “İdman Akademiyası”na IX turda 34:26, X turda isə 32:23 hesabı ilə qalib gəlib.

Keçirdiyi bütün matçları qələbə ilə başa vuran “Azəryol” 24 xalla çempionata liderlik edir. “Qarabağ” 18 xalla ikinci yerdədir. Aktivində 12 xalı olan “İdman Akademiyası” 3-cü pillədə qərarlaşıb. “Azərsu” 6 xalla 4-cüdürsə, autsayder U-16 hələ xal qazana bilməyib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin