Azad edilən ərazilərdə daha 35 mina aşkarlandı

16:23 - 23 Yanvar 2023

Azad edilən ərazilərdə daha 35 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 35 mina aşkarlanıb.

 

ANAMA-dan Manset.az-a verilən məlumata görə, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə isə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 423 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin