Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
14:27 - 19 Yanvar 2023
6.3.9. azərbaycançılıq ideyasının təbliği;
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa xidmət edir.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycançılıq ideologiyası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqımıza təqdim etdiyi, hər zaman qorunması və təbliğ edilməsi vacib olan dəyərlər sistemidir:
“Hər bir xalqı dünyada tanıdan dili, milli-mənəvi dəyərləri, zəngin tarixidir ki, bunu Azərbaycan üçün məhz azərbaycançılıq ideologiyası özündə ehtiva edir. Azərbaycançılıq ideologiyasının təbliği Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin ana xəttini təşkil edib. Dahi şəxsiyyətin «Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır» çağırışı azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin nə qədər prioritet olduğunu açıqlayır. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən əbəs yerə azərbaycançılıq ideologiyasının formalaşdırılması və təbliği göz önünə gəlmir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideoloji bünövrədir”.
Vüqar Rəhimzadə əlavə edib ki, xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini sıx birləşdirən, gənclərdə vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkəmizdə vətəndaş birliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır:
“Azərbaycanın müstəqilliyinin bərpasından ötən illər ərzində bu ideologiyanın dünya azərbaycanlıları arasında daha dolğun şəkildə təbliğ olunması və yayılması istiqamətində dövlət tərəfindən mühüm addımlar atılıb və bu siyasət uğurla davam etdirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, işin daha uğurlu nəticələrə yol açması üçün dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşı azərbaycançılığın təbliğinə öz töhfəsini verməlidir. Azərbaycan ziyalıları xalqımızın nur çıraqlarıdır. Onların elmə söykənən yanaşmaları gənclərin dilimizə, mədəniyyətimizə, tariximizə bağlılıqlarında əhəmiyyətli rol oynayır. Ulu öndər Heydər Əliyevin «Mən fəxr edirəm ki, mən azərbaycanlıyam» çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını bir ideya ətrafında sıx birləşdirdi. Bu gün böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimizin qazanılmasında azərbaycançılıq ideologiyası ətrafında sıx birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı”.
YAP Xətai rayon təşkilatının sədri qeyd edir ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin son 19 ildə bu istiqamətdə atdığı addımlar göz önündədir:
“Dövlət başçısının gənclərin milli ruhda tərbiyəsi ilə bağlı çağırışlarının əsasında da məhz Azərbaycançılıq ideyası dayanır. Dövlət qeyd etdiyimiz kimi bütün addımları atır. Beş ildən bir dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi dünya azərbaycanlılarının birliyində öz sözünü deyir. Ötən ilin aprelində Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada dünya azərbaycanlıları bir araya gəldi. Zəfər qurultayında postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsi ilə bağlı dünya azərbaycanlılarının üzərilərinə düşən vəzifələr müzakirə edildi. Ötən ilin avqust ayında Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi həyata keçirildi. Bütün bunların hamısı dövlət səviyyəsində azərbaycançılıq ideologiyasının təbliğinə xidmət edən addımlardır”.
Siyasi elmlər doktoru vurulayır ki, dövlətlə yanaşı, hər bir azərbaycanlı bu prosesə öz töhfəsini verməlidir:
“Günümüzün əsas çağırışları sırasında dünyada yaşayan soydaşlarımızın fəallığı, həmin ölkələrdə cərəyan edən proseslərdə fəal iştiraklarının təmin edilməsidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan daim anti-Azərbaycan qüvvələrin qərəzli təbliğatı ilə üz-üzə olur.
Digər tərəfdən, müasir dövrün yeniliklərindən səmərəli istifadə etməklə azərbaycançılıq ideyasının təbliğinə öz töhfəmizi verə bilərik. Azərbaycan xalqı beynəlxalq aləmdə yenilməz, məğrur, tarixinə bağlı xalq kimi tanınır. Maarifləndirmə işinin gücləndirilməsi əsasdır. Təbii ki, burada yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Dilimizin, mədəniyyətimizin, tarixmizin təbliğinə yönələn yazıların, eyni zamanda, televiziya proqramlarının hazırlanması mütləqdir. Həmçinin təbliğat xarakterli vəsaitlərin müxtəlif dillərə tərcüməsi önəmlidir. Xaricdə yaşayan gənclərimiz arasında milli ruhun qorunması ilk növbədə onların Azərbaycan dilinə bağlılıqlarından asılıdır. Bu məsələni daim diqqətdə saxlamalıyıq.
Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Azərbaycanda bütün xalqların, millətlərin nümayəndələri dostluq, əməkdaşlıq şəraitində yaşayırlar. Azərbaycançılıq ideologiyası bizi birləşdirəm ümumi dəyərlər sistemidir. Göründüyü kimi, azərbaycançılıq ideologiyasının özündə ehtiva etdiyi bütün dəyərlər ölkəmizdə yüksək səviyyədə qorunur”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin