Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
09:39 - 25 Avqust 2021
Əfqanıstanın eks-prezidenti Əşrəf Qəni Dubaya 169 milyon dollarla qaçıb.
Manset.az xəbər verir ki, bu iddia ilə "Nyu York Post" qəzeti çıxış edib.
Məsələ ilə bağlı açıqlama verən Qəni yayılan iddianı təkzib edib və "sürgündə" qalmaq fikrində olmadığını, ölkəyə qayıtmaq üçün danışıqlar apardığını vurğulayıb. Qəni Talibanla hökumət qüvvələri arasında aparılan danışıqları da dəstəklədiyini qeyd edib.
Qəzet bildirib ki, son illər BƏƏ-nin siyasi sığınacaq istəyən yüksək vəzifəli şəxslərə "qapılarını" açması Qəninin də bu ölkəyə müraciət etməsində mühüm rol oynayıb. BƏƏ rəhbərliyi isə Qənini humanitar səbəblərdən dolayı qəbul etdiklərini bəyan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin