Məşhurlar “Toppuş bacı” dan yazır...

17:06 - 22 Yanvar 2023

Məşhurlar “Toppuş bacı” dan yazır...

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva dünyasını dəyişib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir çox məşhur öz sosial şəbəkə hesablarında T.Əliyevanın vəfatından kədərləndiklərini bildiriblər.

“Toppuş bacı”nın ən yaxın dostu olan Əməkdar artist Ülviyyə Əliyeva onun ölümünə kədərləndiyini qeyd edib: "Canım bacım, mələk oldun".

Aktrisa Sonaxanım Əliyeva aktrisanın vəfatına inanmaq istəmədiyini bildirib: ”Heç inanmaq bələ istəmirəm. Hayat dolu, mübariz insan ve son. Allah sənə rəhmət eləsin, Tunzalə. Məkanın cənnət olsun”.

Aparıcı Zaur Baxşəliyev əməkdar artistin yaşamaq üçün hər şeyi etdiyini deyib: “Sən yaşamaq üçün hər şey etdin… Allah rəhmət etsin…”.

Aktrisa Oksana Rəsulova Tünzalənin ölümündən kədərləndiyini bu şəkildə ifadə edib: “Heç səni belə paylaşmaq isməzədim, Tünzalə…çox üzüldüm…hər dəfə səni görəndə düşünəndə, fikirləşərdim ki sağalacaq mütləq, çünki səndə olan iradəni çoxlarında görmədim. Allah sənə rəhmət eləsin…Allah ailənə səbr versin, bir övladına can sağlığı, gözəl ömür versin. Ehhh həyat…”.

Əməkdar artist Əkbər Əlizadə həmkarının ölümünə üzüldüyünü vurğulayıb: “Hər zaman gülüş bəxş edən Tünzalə Allah sənə rəhmət etsin. Sevimli tərəf müqabili, istedadlı aktrisa...Sən xatirələrdə sevimli, şən, zarafatcıl olaraq qalacaqsan. Sənin üçün çox darıxacam.

Bir ömür bəxş edib bizlərə tanrı,

Ötüb keçir günlər şirin bir yuxu.

Sabaha yol alır arzu qatarı

Ətrafda azalır dostların sayı!”.

Müğənni Bahar Lətifqızı Əməkdar artistin ölümünə kədərləndiyini bildirib: "Can Tünzalə, nə tez getdin bu vəfasız, etibarsız həyatdan? Sən də bezdin naxələf və ikiüzlü, yalançı insanlardan? Allah məkanını cənnət etsin. Doğmalarına səbr versin. Bircə övladını Allahımız qorusun. Bilimirəm nə deyim, nə yazım ki, ürəyim rahatlaşsın? Allah rəhmət eləsin Tünzaləmizə”.

Rəqqasə Fatimə Fətəliyeva “Toppuş bacı”nın ölümündən kədərləndiyini ifadə edib: “Gözəl sənətkar, çox heyif səndən. Allah rəhmət eləsin”.

Aktrisa Fidan Axundova aktrisanın ölümünə söz tapa bilmədiyini deyib:” Allah sənə rəhmət etsin,Tünzalə. Allahın izni ilə yerin behişt olsun, gözəl aktrisa, gözəl insan… İndi nə yazsam da, hisslərimi ifadə etməz. Acının olduğu kimi təsviri imkansızdır! Nurlar içində uyu”.

Tarzən Humay Qədimova: ”Allah rəhmət etsin. Tünzalə təkcə komediya aktyoru deyildi, dram janrında da öz imzası var idi. Çox üzüldüm. Allah yaxınlarına və ailəsinə səbr versin. Amin”. 

Aparıcı Xoşqədəm Baxşəliyeva Tünzalənin ölümündən kədərləndiyini ifadə edib: "Gözəl xanım, dəyərli aktrisamız, Toppuş bacımız. Allah sənə rəhmət eləsin, Məzarın nurla dolsun".

Aktrisa, əməkdar artist İradə Ağasıbəyli aktrisanın gənc yaşda ölümündən kədərləndiyini bildirib:"Çox ağır xəbərdi. Hec bilmirəm nə deyim. Cavan bir ömürun məhv olmağından yazım, yoxsa bir körpənin anasız qalmağından, yoxsa yaşama ümidinin yarım qalmağından? Bir söz qalır deməyə, Allah sənə rəhmət eləsin. Desəm ki rahat yat, Bilirəm ki, bu mümkün deyil. Bu dünyada bala qoyub getmisən. Allah o dünyasını versin".


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin