"Toppuş bacı"nın vəsiyyəti AÇIQLANDI

15:15 - 22 Yanvar 2023

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər saatlarında Milli Onkologiya Mərkəzində vəfat edib.

 

Manset.az xəbər verir ki, "Toppuş bacı"nın həmkarı Ülviyyə Əliyeva Axşam.az-a müsahibə verib. O bildirib ki, aktrisa sabah dəfn olunacaq:

"Atası Gəncədən gəlir. O gələndən sonra nəşi Heydər Əliyev məscidinə aparılacaq. Dəfn mərasimi sabah olacaq. Əvvəl deyirdilər ki, Gəncədə torpağa tapşırılacaq. Amma özü vəsiyyət edib ki, Bakıda dəfn olunsun. Övladı məzarını ziyarət edə bilsin. Qərar atası gələndən sonra veriləcək".

Qeyd edək ki, sənətçinin bir qız övladı var.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin