Yaşadığı evdə Cəlilabad sakininin meyiti aşkarlanıb

18:23 - 20 Yanvar 2023

Yaşadığı evdə Cəlilabad sakininin meyiti aşkarlanıb

Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.

 

Manset.az-ın məlumatına görə, rayonun Səttarxan küçəsində yerləşən evlərdən birindən yaşlı kişi meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 1955-ci il təvəllüdlü Məmmədov Məhəmməd Bəhmən oğluna aid olması məlum olub.

Onun meyitində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin