Fikrət Məmmədov rəisi işdən çıxardı

13:14 - 20 Yanvar 2023

Fikrət Məmmədov rəisi işdən çıxardı

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub. 

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin