20 milyon manatı Azərbaycana qaytarmayan şəxslər HƏBS EDİLDİ
26 Noyabr 2024
20:07 - 24 Avqust 2021
İranda ötən sutka ərzində 709 nəfər koronavirusdan (COVID-19) ölüb. Ötən gün bu rəqəm 610 idi.
Manşet.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 103 357 nəfərə yüksəlib.
Ölkədə ötən 24 saat ərzində 40 623 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 756 394 nəfərə çatıb. Virus daşıyıcılarından 7 727 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin