Avtomobilin 3 ay əvvəl vurduğu körpə xəstəxanada ÖLDÜ

14:38 - 18 Yanvar 2023

Avtomobilin 3 ay əvvəl vurduğu körpə xəstəxanada ÖLDÜ

Mingəçevirdə avtomobilin vurduğu 3 yaşlı uşaq üç ay sonra ölüb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, ötən ilin oktyabrın 5-də Tural Şükürov idarə etdiyi VAZ-2112 markalı avtomobil 2020-ci il təvəllüdlü Elgün Kərimovu vurub.

Azyaşlı aldığı xəsarətlərdən Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Elgün Kərimov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin